ADSL XƏTTİ ÜZRƏ XİDMƏTLƏRİN

G Ö STƏRİLMƏSİ HAQQINDA M Ü QAVİLƏ

№_____________

Gəncə şəhəri "_____"_____________ 2014 il

Bir tərəfdən Azərbaycan Respublikasının qanunları və oz nizamnaməsi əsasında fəaliyyət gostərən “Orbit.az” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru Pənahuda Orxan şəxsində, bundan sonra “PROVAYDER” adlanacaq və digər tərəfdən ________________________________ , bundan sonra “ABUNƏÇİ” adlanacaq, aşağıdakı şərtlər əsasında bu muqaviləni (bundan sonra “Muqavilə” adlanacaq) bağladılar.

1. MÜQAVİLƏNİN PREDMETİ

Bu müqaviləyə görə PROVAYDER, ABUNƏÇİNİN sifarişi əsasında onun mövcüd telefon xəttinin istifadə edilməsi ilə ADSL texnologiyası üzrə rabitə xidmətlərini təqdim etməyi (bundan sonra “xidmətlər”), ABUNƏÇİ isə bunun muqabilində hazırkı Müqavilə və onun ayrılmaz hissəsi olan əlavələr ilə müəyyən edilmiş şərtlər əsasında həmin xidmətləri PROVAYDERƏ ödəməyi öhdəsinə götürür.

2. TƏRƏFLƏRİN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ

2.1. PROVAYDERİN hüquq və öhdəlikləri:

3. QOŞULMA QAYDALARI

3.1. Hazırkı müqavilənin imzalanması zamanı ABUNƏÇI şəxsiyyətini təsdiq edən sənədinin əslini və Xidmətin göstərilməsi planlaşdırılan telefon nomrəsinin rekvizitlərini təqdim edir. (Online qeydiyyat zamanı müqaviləni oxunmasını təsdiq etməsi imzanı əvəz edir)

3.2. ABUNƏÇİ secdiyi tarif planına uyğun qoşulma məbləğini (secilmiş tarif planı ilə nəzərdə tutulubsa) və birinci ayın abunə haqqını ödəyir.

3.3. Texniki imkanın mövcud olduğu təqdirdə PROVAYDER, ABUNƏÇİNİN qoşulması üzrə işləri ABUNƏÇİNİN yerləşdiyi yerə maneəsiz daxil olma şəraitinin yaradılması şərti ilə, bu Müqavilənin bağlandığı günün növbəti günündən başlayaraq, 7 (yeddi) iş günü ərzində (şənbə, bazar, bayramqabağı və bayram günləri – iş günü hesab edilmir) həyata kecirir. ABUNƏÇİNİN bu müqavilənin 6.1., 6.2., 6.3. və 6.4. – cü maddələrində qeyd olunmuş hər hansısa vəziyyətlərdən biri mövcud olduğu və yaxud ABUNƏÇİNİN təqsiri nəticəsində qoşulma yubandığı təqdirdə, qoşulma müddəti belə yubanmanın baş verdiyi müddətə qədər uzadıla bilər.

3.4. Qoşulma işləri bitdikdən sonra xidmətlərin keyfiyyətinə dair ABUNƏÇİ tərəfindən hec bir irad olmadıqda, təhvil-təslim aktı imzalanır.

4. ÖDƏNİŞ MÜDDƏTİ, ŞƏRTLƏRİ VƏ QAYDALARI

4.1. PROVAYDER tərəfindən göstərilən xidmətlərin dəyəri qiymət razılaşdırılması cədvəlində göstərilmişdir.

4.2. Hər növbəti hesablaşma dövrünün yeddi təqvim gününə kimi ABUNƏÇİ PROVAYDER tərəfindən göstərilən xidmətlərin dəyərinin ödənilməsini, yəni şəxsi hesabının (balansının) doldurulmasını təmin edir.

4.3. PROVAYDER tərəfindən göstərilən xidmətlərin dəyərinin ödənilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ödəniş üsülları ilə həyata keçirilir.

4.4. ABUNƏÇİNİN şəxsi hesabında (balansında) mənfi balans yarandığı təqdirdə hazırkı Muqavilənin 4.3. bəndinə uyğun olaraq ABUNƏÇİ tərəfindən şəxsi hesab doldurularkən ilk olaraq mənfi balans silinir və sonra odənilmiş vəsaitin qalıq hissəsi ABUNƏÇİNİN şəxsi hesabına qoyulur. Muqavilənin 4.2-ci maddəsində gostərilən muddət kecdikdən sonra PROVAYDER tərəfindən kanal hec bir xəbərdarlıq olunmadan istənilən vaxt dayandırıla və muqavilə birtərəfli qaydada ləğv oluna bilər.

4.5. ABUNƏÇİNİN PROVAYDERƏ gostərilmiş xidmətlərə və ya abunə haqqına görə ABUNƏÇİNİN şəxsi hesabında mənfi balans (borc) yarandığı təqdirdə həmin borc odənilmədiyi anadək ABUNƏÇİ muqaviləyə birtərəfli qaydada xitam verə bilməz.

4.6 ABUNƏÇİ ödəmə haqqını 10 (on) gün ərzində ödəmədiyi təqdirdə PROVAYDER həmin ABUNƏÇİNİN müqaviləsini ləğv edə bilər.

4.7 ABUNƏÇİ yenidən müqaviləni bərpa etmək istəyərsə, 1 ayın abunə haqqını və PROVAYDER tərəfindən nəzərdə tutulmuş əlavə qoşulma haqqı da ödəməlidir.

5. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ

5.1. PROVAYDERİN məsuliyyəti:

5.1.1. ABUNƏÇİNİN telefon xəttinin keyfiyyətinə görə PROVAYDER məsuliyyət daşımır.

5.1.2.PROVAYDER, ABUNƏÇİNİN Xidmətlərdən istifadə etdiyi zaman ötürülən və onun tərəfindən qəbul edilən məlumatların, materialların məzmunu və həqiqiliyinə görə məsuliyyət daşımır.

5.1.2. PROVAYDER, ABUNƏÇİNİN Xidmətdən istifadə etməsi və ya etməməsi nəticəsində əldən verilmiş mənfəətə, muştərinin və etibarın itirilməsinə görə məsuliyyət daşımır.

5.1.3. İnternet muxtəlif şəbəkələrin birləşməsi olduğu üçün, PROVAYDER İnternet şəbəkəsinin nöqsansız və fasiləsiz fəaliyyətinə və ayrı-ayrı seqmentlərə girişə görə məsuliyyət daşımır. PROVAYDER, İnternet şəbəkəsinin serverləri və mərkəzləri ilə məlumat mubadiləsinin mumkunluyunə təminat vermir.

5.1.4. PROVAYDER, Xidmətin göstərilməsi ücün istifadə edilən və PROVAYDERİN məsuliyyət sahəsindən kənara cıxan avadanlığın və əlaqə vasitələrinin texniki vəziyyəti və sazlığına görə məsuliyyət daşımır. PROVAYDERİN məsuliyyət sahəsi, PROVAYDERƏ məxsus olan avadanlıqla məhdudlaşır.

5.2. ABUNƏÇİNİN məsuliyyəti:

5.2.1. ABUNƏÇİ, onun İnternet şəbəkəsindən aldığı məlumatın istifadəsi ilə bağlı risklərə görə, məsuliyyət daşıyır.

5.2.2. ABUNƏÇİ, giriş üçün parolun (login, parol) saxlanılmasına görə məsuliyyət daşıyır.

5.2.3. ABUNƏÇİ, şəbəkəyə, avadanlığa və PROVAYDERİN ehtiyatlarına icazə verilmədiyi halda, daxil olması nəticəsində, PROVAYDERƏ vurulmuş zərərə görə məsuliyyət daşıyır.

5.2.4. ABUNƏÇİ, təqdim etdiyi avadanlığın (modemin, drayverlərin, qurlaşdırma disklərinin) işlək və saz vəziyyətdə olmasına görə məsuliyyət daşıyır.

5.3. ABUNƏÇİ, hazırkı Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi təqdirdə mübahisəli məsələlərin həll edildiyi vaxtadək, PROVAYDER Xidmətin müvəqqəti dayandırılması hüququnu özündə saxlayır.

5.4. Yaranan qüsurların və nasazlıqların PROVAYDER tərəfindən aradan qaldırılmasının xidmət haqqı 10 AZN təşkil edir və ABUNƏÇİ tərəfindən nəğd ödənilir vəya ABUNƏÇİNİN balansından PROVAYDERİN xeyrinə silinir.

5.5. ƏLAVƏ : “ADSL-Modem Hədiyyə” kompanyasina qoşulan abunəci provayderin xidmətlərindən ən azı 6 (altı) ay muddətinə istifadə etməlidir. Eks təqdirdə hədiyyə olaraq aldığı modemi provayderə qaytarmağa borcludur.

6. XİDMƏTƏ QOŞULMAĞIN TEXNİKİ İMKANLARI

6.1.ABUNƏÇİNİN telefon xəttində hər hansı bir başqa avadanlıqlar: telefon kanallarının sıxlaşdırılması aparaturası, təcrid edicilər, qulaq asmadan müdafiə avadanlıqları, mühafiyə və yanğın əleyhinə siqnalizasiya aparatları, həmçinin iki və daha artıq paralel telefon avadanlıqları (telefon, faks və s.). quraşdırılmamalıdır.

6.2.ABUNƏÇİNİN telefon xəttinin texniki vəziyyəti saz və ADSL texnologiyalarının istismarı şərtlərinə uyğun olmalıdır. Uyğunsuzluğun aşkar edildiyi halda movcud catışmamazlıqların tamamilə aradan qaldırılması, ABUNƏÇİNİN üzərinə düşür.

6.3. ABUNƏÇİ ilə onun qoşulduğu ATS arasındakı məsafə 4-5 km dən uzaq olmamalıdır.

6.4. ABUNƏÇİ əvvəlki ADSL PROVAYDERİN xidmətində qalmamalıdır (əvvəlki provayderlə müqaviləsini rəsmi surətdə ləğv etməli, və qoşulma portu boşalsın).

7. QARŞISI ALINMAZ HALLAR

7.1. Tərəflər fövqəladə və qarşısı alınmaz hallar: təbii fəlakətlər (zəlzələ, sel və s.), içtimai həyat halları (hərbi əməliyyatlar, iri miqyaslı tətillər, epidemiyalar, enerji təchizatı müəssisələrində qəzalar, birləşdirici provayderlərin şəbəkəsində qəzalar və s.) və dövlət orqanlarının qadağanedici tədbirləri və sair hallar üçün məsuliyyət daşımırlar.

7.2. Fors-major hallarının və onların nəticələrinin 1 (bir) aydan cox davam etdiyi halda və ya əgər belə halların başlanması zamanı məlum olsa ki, onların davam etməsi bu müddətdən çox davam edəcək, Tərəflər mümkün qədər tez bir zamanda bu Müqavilənin icrası üçün onlara əlverişli olan alternativ üsülların aşkar edilməsi məqsədilə danışıqlar aparırlar.

8. MÜBAHİSƏLƏRİN HƏLL EDİLMƏSİ

8.1.Hazırkı Müqavilə Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq nizamlanmalı və təfsir olunmalıdır.

8.2. Hazırkı Muqavilədən irəli gələn və ya ona aid olan hər hansı mübahisə və ya fikir ayrılığı yaxud onun şərtlərinin pozulması, Tərəflər arasında öncə danışıqlar yolu ilə həll edilməlidir.

8.3.Mübahisələr danışıqlar yolu ilə həll oluna bilinmədiyi təqdirdə Tərəflər Azərbaycan Respublikasının aidiyyəti məhkəməyə muraciət etmək hüqüqundan istifadə edəcəklər.

9. MÜQAVİLƏNİN QÜVVƏDƏ OLMASI VƏ LƏĞV EDİLMƏSİ QAYDALARI

9.1. Hazırkı Müqavilə Tərəflərin imzaladığı andan qüvvəyə minir və müddətsiz bağlanılır.

9.2. Bu müqavilə vaxtından əvvəl birtərəfli qaydada ləğv oluna bilər. Bu halda müqaviləni ləğv etmək istəyən “Tərəf” 10 (on) təqvim gunu əvvəlcədən qarşı tərəfi yazılı sürətdə öz niyyəti barədə rəsmi olaraq xəbərdar etməlidir.

9.3. Hazırkı müqavilənin bağlandığı günün növbəti günündən etibarən ABUNƏÇİYƏ aid olan və PROVAYDERDƏN asılı olmayan hallar nəticəsində Xidmətlərin göstərilməsi mümkün olmadıqda, hazırkı müqavilə ləğv olunur və ABUNƏCI tərəfindən ödənilmiş məbləğin 50%-i xidmət haqqı kimi tutularaq 5 (beş) iş günü ərzində ABUNƏÇİYƏ qeri qaytarılır.

9.5. Hazırkı müqavilənin bağlandığı günün növbəti günündən etibarən ABUNƏÇİYƏ aid olan problemlərə görə PROVAYDER tərəfindən xidmətlərin göstərilməsi mümkün olmadıqda və yaxud ABUNƏÇİ xidmətlərin istifadəsindən imtina etdikdə, PROVAYDER, ABUNƏÇİ tərəfindən ödənilən məbləği qaytarmamaq şərti ilə hazırkı müqaviləni birtərəfli qaydada ləğv edə bilər.

9.6. Xidmət göstərilən ünvan və yaxud telefon nömrəsi dəyişdirildiyi təqdirdə Müqaviləyə xitam verilir və yeni rekvizitlər nəzərə alınmaqla Tərəflər arasında yeni Müqavilə bağlanılır.

9.7.Bu müqavilə müqavilənin 5.6-cı bəndində göstərilən qaydada ləğv olunduqda PROVAYDER ABUNƏÇİ ilə eyni tipli yeni müqavilənin bağlanmasından imtina edə bilər.

10. YEKUN MÜDDƏALAR

10.1 PROVAYDER müqavilənin şərtlərinə və əlavələrinə birtərəfli qaydada dəyişiklik etmək hüqüquna malikdir.

10.2 PROVAYDER hazırkı Müqavilənin şərtlərini və 11-ci bəndə müəyyən edilmiş xidmətlərin dəyərini, öz tarif siyasətinə uyğun olaraq, 10 (on) iş günü qabaqcadan “www.orbit.az” saytında yerləşdirmək və ABUNƏÇİNİN elektron poçt ünvanına (e-mail) məktub göndərmək vasitəsilə dəyişdirə bilər. Həmin müddət ərzində ABUNƏÇİDƏN yazılı irad daxil olmadığı təqdirdə qeyd olunan dəyişikliklər ABUNƏÇİ tərəfindən qəbul edilmiş hesab edilir və qüvvəyə minir.

10.2 Hazırkı Müqavilə qüvvəyə mindiyi andan tərəflər arasında yuxarıda göstərilənlər haqqında mövcüd olan bütün yazışmalar, sifahi razılaşmalar, müqavilələr və onlara edilmiş əlavələr qüvvədən düşmüş hesab edilir.

11.3. Bu Müqavilə iki nüsxədə, hər Tərəf üçün bir nüsxədə, tərtib olunmuşdur.

PROVAYDER

“Orbit.az” MMC

www: http://www.orbit.az

Ünvan: M. Bağırov küç. 1

Email: support@orbit.az

Email: info@orbit.az

Tel: (044) 222 05 00

Tel: (044) 222 03 00

Tel: (051) 791 00 00

Skype: orbit.az



Razıyam